Hadisə

Gəncədə zəncirvari qəza baş verib – FOTOLAR

Gəncədə zəncirvari qəza baş verib – FOTOLAR

Gəncədə 4 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayl Xətai prospektində qeydə alınıb. “VAZ- 21015”, “VAZ-2109”, “VAZ-2121” və “Mitsubishi” markalı avtomobilər toquşub.

Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib.

Qəza səbəbindən ərazidə tıxac yaranıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az