Gündəm Özəl

Gecə saatlarında kartdan pul çıxarmaq qadağan oluna bilərmi? — AÇIQLAMA

Gecə saatlarında kartdan pul çıxarmaq qadağan oluna bilərmi? — AÇIQLAMA

“Türkiyənin Bank Tənzimləmə və Nəzarət Agentliyi gecə saatlarında kredit kartlarından nağd pul çıxarılmasına məhdudiyyət tətbiq edib. Bu qərar son dövrlərdə artan kiberhücumlar və dələduzluq hallarının qarşısını almağa yönəlib”.

Bunu bank məsələləri üzrə mütəxəssis Ramil Qasımov Demokrat.az-a açıqlamasında söyləyib.

O qeyd edib ki, bank sisteminin əməliyyat təhlükəsizliyini və müştəri məlumatlarının qorunmasını gücləndirməkdir:

“Azərbaycanda da son illər kart oğurluğu və onlayn dələduzluq halları artdığı üçün bu model maraqlı nümunə ola bilər. Texniki baxımdan belə məhdudiyyətlərin tətbiqi ölkəmizdə tam mümkündür. Bu addım bank sektorunda kiberdayanıqlığı artırmaq baxımından müsbət nəticə verə bilər.Riskli saatlarda əməliyyatların məhdudlaşdırılması, dələduzluq əməliyyatlarının sayını azalda bilər.Müştərilərin hesablarından icazəsiz pul çıxarılması halları minimuma enər.Bununla yanaşı, belə qərar müştəri rahatlığı baxımından müəyyən narazılıqlara səbəb ola bilər. Xüsusilə gecə növbəsində çalışan və təcili pula ehtiyacı olan şəxslər üçün bu məhdudiyyət çətinlik yaradar. Tam qadağa əvəzinə, müəyyən limit və ya əlavə təsdiq mexanizminin tətbiqi daha balanslı yanaşma olardı. Bank sektorunun məqsədi əməliyyatları dayandırmaq deyil, riskləri ağıllı şəkildə idarə etmək olmalıdır. Belə tədbirlər həm maliyyə sabitliyinə, həm də istifadəçi inamına müsbət təsir göstərə bilər. Bu addım təhlükəsizliyi artırsa da, praktik icrasında çeviklik və balans əsas şərt olmalıdır”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova