Gündəm Özəl

"Yeni qanun yüksək faiz dərəcələrinin azalmasına təkan verə bilər"

Yeni qanun yüksək faiz dərəcələrinin azalmasına təkan verə bilər

"Yeni qanun ipoteka hüquqlarının önə çəkilməsi, borcların ödənilməsi və məhkəmə proseslərində prioritetlik yaradacaq. Bu, bankların fəaliyyətinin səmərəliliyinin artırılmasına və uzun müddət tənqid olunan yüksək faiz dərəcələrinin azalmasına təkan verə bilər".

Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekpert Vüqar Oruc deyib.

O bildirib ki, bank sistemində yaranmış problemlərin aradan qaldırılması, kredit verilməsindəki çətinliklərin azaldılması və bürokratik maneələrin aradan qaldırılması üçün bu addım mühümdür:

"Bunun nəticəsində bankların fəaliyyəti səmərəli olacaq və ipoteka faizlərinə müsbət təsir göstərə bilər".

Qeyd edəki, ipotekalı mənzillərlə bağlı yeni qanun layihəsi qüvvəyə minib.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova