“Dünyada gedən mürəkkəb geosiyasi vəziyyətdən istifadə edən, regionda yaranmış müsbət atmosferi gözü götürməyənlər, Azərbaycan-Türkiyə qardaşlığına qısqanc yanaşanlar dezinformasiyalar yayırlar, qəza ilə bağlı heç bir əsası olmayan fikirlər səsləndirirlər”.
Bunu Demokrat.az-a millət vəkili Tural Gəncəliyev deyib. O bildirib ki, ilkin müşahidələr onu göstərir ki, bu sadəcə texniki səbəbdən baş vermiş bir qəzadır:
“Heç kim belə qəzadan sığortalanmayıb. ABŞ istehsalı C-130 tipli hərbi yük təyyarəsi ilk dəfə deyil qəzaya uğrayır. Biz bu dezinformasiyalara qarşı mübarizə aparmalıyıq ki, yayılmasın. Qəza ilə bağlı yalnız rəsmi qurumların cavablarını gözləmək lazımdır”.
Cavidan Mirzəzadə Demokrat.az


