Şou-biznes

"Buna görə gecə hoteldə qalmışam"

Buna görə gecə hoteldə qalmışam

Müğənni Niyam Salami formada qalma sirrini bölüşüb.

Demokrat.azxəbər verir ki, sənətçi "Rəngarəng" proqramında yeməyinə diqqət etmədiyini deyib.

"Talış adamam, gecə saat 3-4-də aş yeyirəm. Amma idman edirəm. Həftədə 3 dəfə idman etməsəm, formada qala bilmərəm" deyə, Niyam əlavə edib.

Sənətçi daha sonra tıxaclardan danışıb. O bildirib ki, səhər verilişə vaxtında çatmaq üçün hoteldə qalıb:

"Məsuliyyətli adamam. Səhər verilişə vaxtında gəlmək üçün gecə şəhərdə oteldə qalmışam". (Axşam.az)

NE
Nihadə Eyyubova