“Qala Həyat” Sığorta ASC müştərilərinə daha güvənli gələcək təmin etmək məqsədilə yeni məhsul olan “Təminatlı Gələcək” həyatı sığortasını təqdim edir.
Demokrat.az xəbər verir ki, yeni sığorta məhsulu ailə üzvlərinin maliyyə təhlükəsizliyini təmin etməklə yanaşı, şəxsi yığım imkanı da yaradır.
Müştərilər aylıq və ya birdəfəlik ödəniş etməklə gələcək maliyyə təminatına sahib ola bilirlər.
Sığorta müqaviləsi bitdikdə və ya sığorta olunan şəxsin vəfatı halında, tam məbləğdə ödəniş həyata keçirilir.
Proqramdan 18–60 yaş arası şəxslər yararlana bilər və minimum 50 AZN-dən başlayan sərfəli şərtlərlə təklif olunur.
“Qala Həyat” bu məhsul vasitəsilə vətəndaşların həm bu gününü, həm də gələcəyini etibarlı sığorta mexanizmi ilə qorumağı hədəfləyir.
Daha ətraflı məlumat üçün:
Ünvan: Bakı şəhəri, İzmir küçəsi 5A Qaynar xətt: 1540 Tel: (012) 404 77 74
Demokrat.az


