Əfqanıstanın şimalında 6,3 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, zəlzələ nəticəsində 7 nəfər ölüb, 150 nəfər isə yaralanıb.
Yerli vaxtla 20:28-də və 10 kilometr dərinlikdə baş verən yeraltı təkanlar Tacikistan və Özbəkistanda da hiss olunub.
Qeyd olunub ki, zəlzələ zamanı Əfqanıstanın Bəlx vilayətinin mərkəzi olan Məzari-Şərif şəhərində yerləşən Göy məscidin bir hissəsi dağılıb.


