Hadisə

Ağstafada tutulduğu deyilən baş memar DANIŞDI

Ağstafada tutulduğu deyilən baş memar DANIŞDI

Ağstafa rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Sənan Mustafayev saxlanılması ilə bağlı xəbərlər yayılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, o, icra başçısı Nizaməddin Quliyevin saxlanıldığı əməliyyat zamanı tutulub.

Baş memarBAKU.WS-in bölgə müxbirinə açıqlamasındabildirib ki, hazırda Bakıdadır və rayona qayıtmağa hazırlaşır.

"Hazırda Bakıdayam, iclas idi bu səbəbdən gəlmişdim. Onu deyə bilərəm ki, həbsimlə bağlı xəbərlər əsassızdır, işimin başındayam və rayona qayıdıram".

Zaur Hacılı Demokrat.az

D
demokrat.az