“Qala Sığorta” ASC yol hərəkəti qaydalarına riayət edən, məsuliyyətli və hadisə zamanı heç bir təqsiri olmayan sürücülər üçün yeni sığorta məhsulu olan “Qaydalı Kasko”-nu istifadəyə verib.
Demokrat.az xəbər verir ki, yeni məhsulun məqsədi təhlükəsiz sürücülük mədəniyyətini təşviq etmək və qaydalara əməl edən sürücüləri əlavə üstünlüklərlə mükafatlandırmaqdır.
“Qaydalı Kasko” çərçivəsində sığorta olunan şəxslər daha sərfəli şərtlərlə avtomobillərini qoruma imkanı əldə edirlər.
Müştərilər məhsul barədə daha ətraflı məlumatı *4000 nömrəsinə zəng edərək və ya şirkətin Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, məhəllə 221 ünvanına müraciət etməklə əldə edə bilərlər.
Demokrat.az


