Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Demokrat.az“Qafqazinfo”ya istinadən xəbər verir ki, 25 yaşlı orta yaşlı Arzu Hüseynov bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, hadisə toy məclislərindən birində baş verib.
***
DİN-in Gəncə regional qrupundan bildirilib ki, hadisə polis əməkdaşları tərəfindən araşdırılır.
Təqsirli şəxsin müəyyən olunub istintaqa təhvil verilməsi üçün tədbirlər görülür. Cinayətin qəsd, yaxud ehtiyatsızlıqdan baş verməsi istintaq predmetidir.
***
Polisin keçirdiyi tədbirlər nəticəsində A. Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Daşkəsən rayon sakini 25 yaşlı Sənan Bağırov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.


