İstanbulda narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat çərçivəsində ifadələri alınan 12 tanınmış şəxsdən 8-nin qan və ya saç nümunələrində narkotik maddə aşkar edilib.
Axşam.az Türkiyə mətbuatına istinadənxəbər verir ki, aktyorlarDilan Polat, Derin Talu, Berrak Tüzünataç, Deren Talu, Birce Akalay, Kubilay Aka, Metin Akdülger və Kaan Yıldırımın analiz nümunələrində narkotik maddə tapılıb.
Onlardan bəzilərinin saçında kokain, digərlərinin qanında isə THC-COOH adlı maddə aşkarlanıb.
Bildirilir ki,Engin Polat, İrem Derici, Feyza Altun və Ziynet Salinin qanındahəkim resepti ilə istifadə edilən dərmanların təsiri aşkarlanıb.
Orqanizmində narkotik maddə tapılmayan sənətçilər isəHadise, Demet Evgar, Duyğu Özaslan, Zeynəb Aral, Ceren Moray, Özge Özpirinçci və Mert Yazıcıoğlu var


