Xalq artisti Nisə Qasımova "Xəzər axşamı" verilişində qonaq olub.
Axşam.az xəbər verir ki, iki il əvvəl insult keçirən sənətçi xəstəliyini insanların bilməsini istəmədiyini etiraf edib:
"Bütün media işçilərinə ilk növbədə təşəkkürümü bildirirəm. Onlardanxahiş etmişdim ki, xəstəliyimdən heç nə yazmasınlar. Loqopedimin yanına da gedəndə deyirdim ki, tək olum, heç kim məni görməsin. Bu, mənim mənəvi dayanıqlığım idi ki, xəstəliyimi heç kim bilməsin. Çox müğənniyanıma gəlmək istəyirdi, amma "yox" deyirdim, mən istəmirdim. Çünki elə insanlar var ki, onların məndən də ağır dərdləri var. Məndən də ağır xəstələr var ki, yataqdadırlar. Durub zarımaq mənlik deyil. Qoy insanlar məni həmişəki görsünlər".


