Azərbaycan Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Rəşad Bəxtiyarov vəfat edib.
Axşam.az xəbərverir ki, mərhum aktyorun həmkarı,Əməkdar artist Mətanət Atakişiyeva "Elgizlə izlə" verilişində onunağciyər xərçəngindən vəfat etdiyinibildirib:
"Həyatı çox sevən biri idi. Sənət adamlarının həyatına kənardan baxanda deyirlər ki, "Necə də xoşbəxtdirlər. Nə iş görürlər ki?". Amma bu sənət elə əziyyətlidir ki. Rəşado səhnənin tozunu udmaqdan ağciyər xərçəngi oldu. Yayda səhnədə qış paltarları geyinib tərlədi, qışda soyuqdan üşüdü. Bütün bunların nəticəsidir ki, Rəşad ağciyər xəstəsi oldu. Xalq artistiləri Amaliya Pənahova, Ramiz Novruz, Fuad Poladov daağciyər xərçəngindən vəfat edib


