Sosial

İlahə Şükürovanın işdən çıxarılma səbəbi AÇIQLANDI

İlahə Şükürovanın işdən çıxarılma səbəbi AÇIQLANDI

Sabunçu Tibb Mərkəzi publik hüquqi şəxsin direktorunun müavini - baş həkim İlahə Şükürovanın vəzifəsindən azad olunma səbəbi məlum olub.

Demokrat.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Bildirilib ki, İlahə Şükürova Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) oktyabrın 7-sindən tutduğu vəzifədən azad edilib.

Onunla bağlanmış 7 iyul 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilib.

*** 11:20

Sabunçu Tibb Mərkəzinin baş həkimi İlahə Şükürova vəzifəsindən azad olunub.

Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Xatırladaq ki, İ.Şükürova bu vəzifəyə ötən ilin iyun ayında təyinat almışdı.

D
demokrat.az