Dünya

Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu

Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu

Filippində, Bakulin yaşayış məntəqəsindən 33 km cənub-şərqdə 7,4 maqnitudalı zəlzələ qeydə alınıb.

Demokrat.az məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanlar Qrinviç vaxtı ilə saat 01:43-də (Bakı vaxtı ilə 05:43-də) baş verib.

ABŞ seysmoloqları və meteoroloqlarının proqnozlarına əsasən, zəlzələdən sonra Filippinin bəzi bölgələrində hündürlüyü 1–3 metr arasında olan sunami dalğalarının yaranması mümkündür.

NE
Nihadə Eyyubova