Şou-biznes

"Paylaşımıma qeyri-etik sözlər yazdılar"

Paylaşımıma qeyri-etik sözlər yazdılar

"Hər zamandeyirəm ki, bildirdiyimiz fikirlər bəzən olduğu kimi qarşılanmır. Heç bir vəziyyət göründüyü kimi olmur. Hansısa fikrin birmənalı qarşılanması üçün gərək 1 saat danışasan ki, qarşındakına nədən bəhs etdiyinaydın olsun".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "Qonaqcanlı" verilişində deyib. Sənətçibu məsələdə həyat yoldaşının ona verdiyi məsləhətdən də danışıb:

"Efirdə bir cümlə deyirəm, sonra özüm də baxıram ki, fikrim bir az başqa cürçıxıb. Əslində isə heç belə demək istəmirsən. Bu yaxınlarda danəsə paylaşmışdım. Mənə oqədər qeyri-etik və haqsız sözlər yazdılar ki...Həyat yoldaşım Fəxrəddinə zəng etdim. Soruşdum, səncə, necə cümlə işlətməliyəm ki, əslidə belə olmadığını anlasınlar. Dedi ki, heç kimə nəyisə sübut etməyə çalışma. Buna ömrünü sərf etmə, əsəbiləşmə. Sözünü demisən və səni tanıyan insanlar bilir ki, necə insansan".

NE
Nihadə Eyyubova