Gündəm

İcra başçısı müalicə olunan şəhid anasını ziyarət etdi — FOTOLAR

İcra başçısı müalicə olunan şəhid anasını ziyarət etdi — FOTOLAR

Bu gün RİH başçısı Rüstəm Xəlilov Salyan Rayon Mərkəzi Xəstəxanasında daha bir şəhid anasını Zeynalova Səfurə Cəlil qızını ziyarət edib.

Rayon rəhbəri ziyarət zamanı şəhid anasının sağlamlıq durumu və qayğıları ilə maraqlanıb, şəfalarını diləyib, hər zaman onların yanında olduğunu bildirib. Ziyarət zamanı şəhid ailələrinin üzvlərinə, müharibə əlillərinə, habelə bu kateqoriyadan olan hər bir vətəndaşına dövlətimizin göstərdiyi sonsuz qayğı və diqqətdən söz açılıb. Qeyd edək ki, Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan mayor Müseyyib Zeynalovun anasıdır.

İcra başçısı müalicə olunan şəhid anasını ziyarət etdi — FOTOLAR
İcra başçısı müalicə olunan şəhid anasını ziyarət etdi — FOTOLAR

NE
Nihadə Eyyubova