Hadisə

Prezidentdən icra başçısı ilə bağlı SƏRƏNCAM

Prezidentdən icra başçısı ilə bağlı SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Siraqəddin Nəcəf oğlu Cabbarovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Demokrat.az bildirir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Siraqəddin Nəcəf oğlu Cabbarov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Siraqəddin Nəcəf oğlu Cabbarov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısıdır.

D
demokrat.az