Gündəm

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sentyabrın 19-da Sumqayıt şəhərinin Corat qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə olacaq.

Bu barədə "Azəriqaz" İB-nin Sumqayıt Qaz İstismar Sahəsindən məlumat verilib.

Bildirilib ki, yeni balans qovşağının quraşdırılması ilə əlaqədar sabah saat 10:00-dan başlayaraq işlər tamamlanana qədər bır sıra evlərin qaz təminatı dayandırılacaq.

NE
Nihadə Eyyubova