Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 440 m² olan ikimərtəbəli, müxtəlif təyinatlı obyektin mansardasında 30 m² sahədə əşyalar yanıb.
Demokrat.azxəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Yanğın zamanı yağınsöndürənlər və xilasedicilər tərəfindən 4 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


