Sosial

Bakının hansı küçələrində sıxlıq var?

Bakının hansı küçələrində sıxlıq var?

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Demokrat.azxəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

5. Binəqədi şosesi, metronun "Azadlıq Prospekti" stansiyası istiqamətində;

6. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;

7. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

NE
Nihadə Eyyubova