Beynəlxalq Qızıl Xaç Komitəsinin Nümayəndəliyi Azərbaycanda fəaliyyətini tezliklə dayandıracaq.
Bu barədəAPA-ya BQXK-ninictimaiyyətlə əlaqələr mütəxəssisiAurelie Lachant məlumat verib.
Eyni zamanda, o qeyd edib ki, "hazırda beynəlxalq humanitar hüququn müdafiəsi altında olan şəxslərə münasibətdə onların işinin gələcəyi ilə bağlı Azərbaycan tərəfi ilə dialoq aparırlar".
O, bu müzakirələrin təfərrüatlarını şərh etməyib.
Qeyd edək ki, BQXK-ninAzərbaycan Nümayəndəliyinin rəhbəri Draqana Koyiç avqustun 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun qəbulunda olarkən bildiribki, təşkilatınAzərbaycan Nümayəndəliyi fəaliyyətini sentyabrın əvvəlində dayandıracaq.


