İqtisadiyyat

Prezidentdən Neft Fondu haqda mühüm SƏRƏNCAM

Prezidentdən Neft Fondu haqda mühüm SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncama dəyişiklik edib.

Demokrat.az xəbər verir ki, Dövlət Neft Fondu Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada təsdiq olunub:

“Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri”.

Demokrat.az

D
demokrat.az