Hadisə

18 yaşlı oğlan süni göldə boğuldu

18 yaşlı oğlan süni göldə boğuldu

Lənkəran sakini suda boğularaq ölüb.

Demokrat.az-ın məlumatına görə, bədbəxt hadisə səhər saatlarında rayonun Tükəvilə kəndi ərazisində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü kənd sakini Tohid Ələsgərov ehtiyatsızlıqdan süni gölə düşüb. Suyun səviyyəsi hündür olduğundan o, göldə boğularaq ölüb.

Onun meyiti adiyyəti qurumlar tərəfindən sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova