Dünya

Doqquz ölkə Qəzzaya havadan humanitar yardım çatdırıb

Doqquz ölkə Qəzzaya havadan humanitar yardım çatdırıb

İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Belçika, Fransa, İtaliya, Niderland, Danimarka və İndoneziya Qəzzaya havadan humanitar yardım çatdırıb.

Bildirilib ki, avqustun 17-də Qəzza zolağına 161 ton humanitar yardım göndərilib.

Qeyd olunub ki, Danimarka və İndoneziya humanitar missiyaya ilk dəfə qoşulub.(Report)

NE
Nihadə Eyyubova