Şou-biznes

Müğənni Rəqsanə İsmayılova həbs edildi

Müğənni Rəqsanə İsmayılova həbs edildi

Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.

"Report"un məlumatına görə, araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə35.000manat dəyərində qızıl-zinət əşyalarını və520.000ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiq ediblər.

NE
Nihadə Eyyubova