Hadisə

7 nəfərin öldüyü qəzadan görüntülər

7 nəfərin öldüyü qəzadan görüntülər

Bu gün sübh vaxtı Bakı-Qazax magistralının Şəmkirdən keçən hissəsində7 nəfərin ölümü ilə nəticələnəndəhşətli yol qəzasından video yayılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisədən bir neçə dəqiqə sonra lentə alınmış görüntülərdə qəzaya düşmüş “Mercedes Sprinter” markalı mikroavtobusun sağ hissəsinin yük maşınına çırpılması məlum olur. Zərbənin təsirindən nəqliyyat vasitəsində olan sərnişinlər yolun hərəkət hissəsinə düşüb. Sürücü və 6 sərnişin hadisə yerində həlak olub.

İlkin ehtimala görə, hadisədən öncə mikroavtobusun 59 yaşlı sürücüsüArif Bağırov sükan arxasında infarkt keçirib.

Görüntülər həssas olduğundan videonu deyil, bir neçə kadrı təqdim edirik:

7 nəfərin öldüyü qəzadan görüntülər
7 nəfərin öldüyü qəzadan görüntülər
7 nəfərin öldüyü qəzadan görüntülər

NE
Nihadə Eyyubova