Hadisə

Şəkidə dağlıq ərazidə yanğın başlayıb

Şəkidə dağlıq ərazidə yanğın başlayıb

Şəkinin bəzi ərazilərində yanğın baş verib.

Demokrat.az xəbər verir ki, bu gün günorta saatlarından rayonun Cumakənd kəndinin inzibati ərazisindəki dağlıq ərazidə, kol-kos, quru ot və biçilmiş taxıl sahələrində yanğın başlayıb.

8 saatdır davam edən yanğının 100 hektardan çox ərazini əhatə etdiyi bildirilir.

Hazırda yanğının söndürülməsinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və 50-dən çox şəxsi heyəti cəlb edilib.

NE
Nihadə Eyyubova