Hadisə

Gəncədə piyadanı maşın vurub — Vəziyyəti ağırdır

Gəncədə piyadanı maşın vurub — Vəziyyəti ağırdır

Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin şadlıq saraylarından birinin qarşısında qeydə alınıb.

İlkin məlumata görə, 1989-cu təvəllüdlü Ayaz Məmmədovu, avtomobil vurub.

Xəstəxanaya çatdırılan şəxsin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.

NE
Nihadə Eyyubova