Hadisə

Mingəçevirdə maşın kanala aşdı

Mingəçevirdə maşın kanala aşdı

Mingəçevirdə minik maşını su kanalına aşıb.

Demokrat.az xəbər verir ki, hadisə Mingəçevir-Xaldan yolunda qeydə alınıb. Avtomobil idarəetmədən çıxaraq yol kənarındakı kanala düşüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, avtomobilə ciddi zərər dəyib.

Fakt araşdırılır.

NE
Nihadə Eyyubova