İdman

"Qızıl top"un sahibi bu gün müəyyənləşir – FOTO

Qızıl topun sahibi bu gün müəyyənləşir – FOTO

"France Football" nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən "Ballon d'Or" mükafatının builki sahibi bu gün müəyyənləşəcək.

Demokrat.azxəbər verir ki, dünya futbolunun ən prestijli mükafatlarından olan "Ballon d'Or"u ötən il qazanan Luka Modriç Ronaldo ilə Messinin 10 illik hegemonluğuna son qoymuşdu.

2019-cu ilin "Ballon d'Or" mükafatının qalibi bu gün saat 20:00-da baş tutacaq mərasimdə müəyyənləşəcək.

İlin futbolçusu seçilməyə son 3 namizəd Lionel Messi ("Barselona"), Kriştiano Ronaldo ("Yuventus") və Vircil van Daykdır ("Liverpul").

Mükafatı Ronaldo və ya Messi qazanarsa, bu halda biri digərini "Ballon d'Or" sayında üstələyəcək. Hazırda hər 2 futbolçunun hesabında 5 analoji mükafat var.

Demokrat.az

D
demokrat.az