Dünya

Filippində güclü zəlzələ oldu

Filippində güclü zəlzələ oldu

Filippin adalarının sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Demokrat.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri, 100 mindən çox əhalisi olan Tuqueqarao şəhərindən 127 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 49 kilometr dərinlikdə qeydə alınıb.

Hazırda tələfat və dağıntılarla bağlı məlumat yoxdur, həmçinin sunami təhlükəsi elan edilməyib. Yerli hakimiyyət orqanları vəziyyəti nəzarətdə saxlayır.

NE
Nihadə Eyyubova