İdman

"Bakıda özümüzü evdəki kimi hiss edəcəyik" – Şenol Günəş

Bakıda özümüzü evdəki kimi hiss edəcəyik – Şenol Günəş

Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş Avro-2020-nin final mərhələsi çərçivəsindəki ev oyunlarından ikisinin Bakıda keçiriləcəyinə münasibət bildirib.

O, Türkiyə mətbuatına açıqlamasında əvvəldən Bakıda oynamağı istədiklərini deyib:

"Xeyirli olsun. Biz də Bakını istəyirdik. Azərbaycanda öz meydanımızda oynayacağıq. Buraya gəlmək bizim üçün xüsusi önəmli idi. Qürurvericidir. İnşallah, qrupdan çıxaraq daha gözəl günlər görəcəyik”.

Qeyd edək ki, Türkiyə millisi A qrupunda İtaliya, Uels və İsveçrə yığmaları ilə mübarizə aparacaq. "Ay-ulduzlular” iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə Bakıda qarşılaşacaq. (Offsideplus.az)

D
demokrat.az