Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Demokrat.azxəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "NAZ Lifan" markalı avtomobillə "Qazel" markalı avtomobil toqquşub. Qəzada ölən və yaralananlar var.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları cəlb olunublar, fakt araşdırılır.


