Hadisə

Boğaz əməliyyatı olan yeniyetmə 3 gün sonra öldü

Boğaz əməliyyatı olan yeniyetmə 3 gün sonra öldü

Qəbələdə boğaz əməliyyatı olunan 16 yaşlı qız xəstəxanada ölüb.

“Qafqazinfo”nun məlumatına görə, rayon sakini, 2009-cu il təvəllüdlü Məleykə Məmmədova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına boğaz əməliyyatı üçün müraciət edib.

Yeniyetmə əməliyyatdan üç gün sonra xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

NE
Nihadə Eyyubova