Hadisə

Baş redaktorun qardaşı Rusiyada döyülərək öldürüldü

Baş redaktorun qardaşı Rusiyada döyülərək öldürüldü

“OMON dəstələri bu gün Rusiyada iki qardaşımı da öldürüblər.”

Demokrat.az xəbər verir ki, bunu APA-ya açıqlamasında ədəbiyyatşünas Seyfəddin Hüseynli bildirib.

Seyfəddin Hüseynli bildirib ki, qardaşları; Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb. Qeyd edək ki, bu gün Rusiyanın Yekaterenburq şəhərində OMON dəstəsi azərbaycanlıların evinə basqın edib.

Nəticədə Səfərov Ziyəddin Mehdi oğlunu işgəncə ilə öldürüblər. O biri qardaşlarını da naməlum istiqamətə aparıblar. Seyfəddin Hüseynli 525-ci” qəzetin baş redakorunun müavinidir.

NE
Nihadə Eyyubova