Dünya

ABŞ İranı onunla vurdu — ŞOK GÖRÜNTÜLƏR

ABŞ İranı onunla vurdu — ŞOK GÖRÜNTÜLƏR

İranın nüvə obyektlərinə hücum Amerikanın ən güclü təyyarələri olan B-2 bombardmançıları və onlarla ton ağırlığında bunker deşici bombalarla həyata keçirilib.

Demokrat.az infoaz.ws-ə istinadən xəbər verir ki, ABŞ-ın B-2 bombardmançı təyyarəsi dünyanın ən bahalı təyyarəsidir – 2.1 milyard dollardır.

B-2 bombardman təyyarəsinin maksimal sürəti saatda 628 mil (1,010 km/saat) təşkil edir. Sürət onun əsas göstəricisi deyil, üstünlüyü radarlara görünməz olması və nüvə bombası daşıya bilməsidir.

Bilinən göstəricilər bunlardır:

*Qanadların uc nöqtələri arasındakı məsafə – 52.4 metr *Uzunluq – 21 metr *Boş halda ağırlıq – 72 ton *Məsafə – Qitələrarası *4 ədəd General Electric F118-GE-100 mühərriki *Əlavə yanacaqdız qətt edə bildiyi məsafə – 9600 km *2 Pilotlu idarəetmə

Dünyada cəmi 19 belə təyyarə olduğu bildirilir.

NE
Nihadə Eyyubova