Dünya

Dünyanın ən varlı ailələri

Dünyanın ən varlı ailələri

İngilis mediası bu dəfə dünyanın ən varlı ailələrinin siyahısını dərc edib.

Axşam.az xəbər verir ki, siyahıda ilk sıradaƏbu-Dabinin Əl Nahyan ailəsidir.Onlar 305 milyard dollarlıq sərvətlə "Bloomberg"in siyahısında birinci yerdədirlər. Bu sərvət Abu-Dabinin neft gəlirlərindən və müxtəlif sektorlara investisiyalarından əldə edilir.

İkinci yerdə ABŞ-nin Ualtonailəsidir. Onlar 259 milyard dollarlıq sərvətlə pərakəndə nəhəng "Walmart"ın sahibləridir.

Fransada yaşayan"Hermes" ailəsi150 milyard dollarlıq sərvətlə üçüncü yerdədirlər. Lüks moda markası "Hermes"in sahibləri dünyanın ən məşhur ailələrindəndir. ABŞ-də yaşayanMars ailəsi141 milyard dollarlıq sərvətlə dördüncü yerdədirlər. Onlar şokolad və qənnadı məmulatları şirkəti "Mars Incorporated"in sahibləridir. Qətərin Al Thani ailəsi133 milyard dollarlıq sərvətlə beşinci yerdədirlər. Onlar Qətərin əmiri və ailəsidir.

ABŞ-nin Koç ailəsi127 milyard dollarlıq sərvətlə altıncı yerdə qərarlaşıb.

Al Səud ailəsi112 milyard dollarlıq sərvətə malikdir, Səudiyyə Ərəbistanı Krallığının kral ailəsidir.

NE
Nihadə Eyyubova