Hadisə

Gəncədə 23 yaşlı oğlan sirkə turşusundan zəhərləndi

Gəncədə 23 yaşlı oğlan sirkə turşusundan zəhərləndi

Gəncədə gənc oğlan sirkə turşusundan zəhərlənib.

Zəhərlənmə hadisəsi Gəncə şəhəri ərazisində qeydə alınıb.

Məlumata görə, 2002-ci il təvəllüdlü K.Hüseynov zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Tibbi müdaxilədən sonra onun vəziyyətinin kafi olduğu bildirilir.

Hazırda hadisə ilə bağlı müvafiq araşdırma aparılır.(oxu.az)

NE
Nihadə Eyyubova