Aşıq Zülfiyyə İbadova "Rəngarəng" verilişindəaparıcı Zaur Nəbioğlunairad bildirib.
Axşam.az xəbər verir ki, o, aparıcının Əməkdar artist Gülüstan Əliyevailə meyxanaçı Aqşin Fatehin arasında yaşananqalmaqalıyenidən müzakirəyə çıxarmasınıdoğru hesab etmədiyinideyib:
"Siz aparıcılar qalmaqalı böyüdürsünüz. Sözü böyüdən kim olar, yiyəsi. Sənimkan yaratma. Niyə indi bu haqda söz salırsan? Gülüstan xanım gözəl xanımdır, pedaqoqdur. Ailəsində və sənətində mükəmməl bir xanımdır. Həmçinin Aqşin Fateh də sevilən sənət adamıdır.
Niyə birini pisləyək və digərini tərifləyək. Bəlkə bu söz-söhbətləri ümumiyyətlə aparcılar yığışdırsın? Hərə qoy öz sənətini nümayiş etdirsin. Başqasından niyə danışaq ki?".


