Xankəndidə keçirilən “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” çərçivəsində Qarabağ DirçəlişFondu (QDF) işğaldan azad olunmuş ərazilərdə insan kapitalının inkişafına yönəlmiş mühümtəşəbbüslə çıxış edib. Belə ki, bölgədə təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərinpotensialının üzə çıxarılması və dayanıqlı inkişafını təmin etmək məqsədilə QDF 2025-2026-cı akademik ili çərçivəsində Qarabağ Universitetində təhsil alan 50 tələbəyə təqaüd dəstəyigöstərəcəyini bildirib.
Bu təşəbbüs Forum çərçivəsində Qarabağ Dirçəliş Fondu ilə Elm və Təhsil Nazirliyi nəzdindəfəaliyyət göstərən Təhsilin İnkişafı Fondu arasında Memorandumun imzalanması ilərəsmiləşdirilib.
Qeyd edək ki, tərəflər arasında əldə edilən razılaşma QDF-in “Qarabağ Təqaüd Proqramı”çərçivəsində istedadlı tələbələrə maddi dəstək göstərmək, onların akademik və peşəkarinkişafını təşviq etmək və bölgədə bilik iqtisadiyyatının inkişafına töhfə vermək istiqamətindəstrateji öhdəliyini əks etdirir.Proqrama əsasən, seçilmiş hər bir tələbə bir akademik il ərzində hər ay 200 AZN məbləğindətəqaüdlə təmin olunacaq. Bu, ümumilikdə hər tələbə üçün 2,000 AZN təşkil edir. Təqaüdənamizədlər universitet tərəfindən akademik göstəricilər əsasında, Təhsilin İnkişafı Fondu iləəlaqəli şəkildə müəyyən olunacaq.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxışı zamanı bildirib ki,təhsil dayanıqlı inkişafın hərəkətverici qüvvəsidir və azad edilmiş ərazilərdə dayanıqlıməskunlaşmanın təmin edilməsi baxımından mühüm rol oynayır: “Bu təqaüd proqramınıdəstəkləməklə, biz regionun gələcəyinə sərmayə yatırırıq. Həmçinin, bu əhəmiyyətli forumuntəşkilatçılarından biri kimi çıxış etməklə, Qarabağ Dirçəliş Fondu bir daha dövlət və özəlsektor nümayəndələrini bir araya gətirən vahid platforma rolunu oynadı, proqramıdonorlarımıza və tərəfdaşlarımıza tanıtdı və digər şirkətləri bu vacib missiyaya qoşulmağatəşviq etdi”.
Qeyd edək ki, bu töhfə ictimai qurumlar və aparıcı şirkətləri bir araya gətirən daha geniştəqaüd təşəbbüsünün bir hissəsidir. Məqsəd Qarabağın sosial-iqtisadi dirçəlişinisürətləndirməklə yanaşı, bölgədə insan kapitalının formalaşdırılmasına xidmət etmək,akademik nailiyyətləri yüksək olan tələbələrin motivasiyasını artırmaq, eləcə də gənclər üçüntəhsil imkanları yaratmaqdır. Xatırladaq ki, “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” 2 iyun 2025-ci il tarixində elm və təhsilnaziri Emin Əmrullayev, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarındaxüsusi nümayəndəsi Elçin Yusubov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədriRəhman Hacıyev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, QarabağUniversitetinin rektoru Şahin Bayramov, eləcə də dövlət qurumlarının nümayəndələri, özəlsektor təmsilçiləri, Qarabağ Universitetinin professor-müəllim heyətinin iştirakı ilə Xankəndişəhərində yerləşən Qarabağ Universitetində keçirilib.


