Dövlət bankı Azər Türk Bank Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə atb Junior kartı ilə ödənişlər üzrə yeni kampaniyaya başlayır.
Demokrat.az xəbər verir ki,1 iyun 2025-ci iltarixindən etibarən ölkə daxilindəki:
·əyləncə mərkəzlərində
·oyuncaq mağazalarında
·kitab mağazalarında
·kinoteatrlarda
·teatrlarda
atb Junior kartı ilə ödənişlər zamanı Azər Türk Bankın müştərilərinə20%həcmində cashback hesablanacaqdır.
Kampaniyanın müddəti7 iyundaxil olmaqla həmin tarixədəkdir.
Hesablanacaq maksimum cashback limiti50 manathəcmindədir.Qeyd edək ki, atb Junior kartı 6-16 yaş arası uşaqlar üçün nəzərdə tutulmuşdur.
Beşillik xidmət müddətli atb Junior kartını valideynlər Bankın saytında ödənişsiz onlayn sifariş verə bilərlər.
Xatırladırıq ki, atb Junior kartlarındakı qalıq vəsaitə illik 6% gəlir hesablanır.Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatıhttps://atb.azsaytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp(055)
7770 945, yaxud 945 nömrəliÇağrı Mərkəzindənəldə edə bilərsiniz.


