Hadisə

Metro "Nərimanov"a qədər işləyir – Qatarların hərəkətində problem yarandı

Metro Nərimanova qədər işləyir – Qatarların hərəkətində problem yarandı

BakıMetropoliteninin təmas relsində nasazlıq yaranıb.

Bakı Metropoliteni QSC-dən verilən məlumata görə, "Neftçilər-Qara Qarayev" mənzilində təmas relsində baş vermiş nasazlıqla əlaqədar təxirəsalınmaz texniki tədbirlərin yerinə yetirilməsi məqsədilə Bakı metropolitenində Qırmızı və Yaşıl xətlər üzrə qatarların hərəkəti "Nəriman Nərimanov-İçərişəhər", "Nəriman Nərimanov-Dərnəgül" və əksinə istiqamətdə təşkil edilir.

Hazırda "Ulduz-Həzi Aslanov" istiqamətində qatarların hərəkətinin bərpa edilməsi istiqamətində təcili tədbirlər görülür.

Demokrat.az

D
demokrat.az