Dünya

Atatürk haqqında verilən sual gündəm oldu — VİDEO

Atatürk haqqında verilən sual gündəm oldu — VİDEO

Türkiyənin məşhur intellektual yarışması "Kim Milyoner Olmaq İster" verilişində iştirak edən Kamile Bağcı 5-ci sualda səhv cavab verərək oyunu tərk edib. Onun cavabı isə sosial mediada geniş müzakirələrə səbəb olub.

Demokrat.az türk mediasına istinadən xəbər verir ki, iştirakçıya verilən sual belə olub: "Mustafa Kamal Atatürkə ‘Kamal’ adını verən riyaziyyat müəlliminin adı nədir?" Bağcı tərəddüdsüz şəkildə cavab olaraq "Kamal" deyib.

."Bu sualdan ələnərsəm, çox üzülərəm", – deyə əvvəlcədən bildirən iştirakçı, düzgün cavabın "Mustafa" olduğunu öyrəndikdə hisslərini gizlədə bilməyib.

Qeyd edək ki, Türkiyənin orta və ali təhsil müəssisələrinin dərsliklərində Atatürkün müəllimi haqqında geniş məlumat yer alır.

NE
Nihadə Eyyubova