Hadisə

Mingəçevirdə ağır qəza — Yaralılar var

Mingəçevirdə ağır qəza — Yaralılar var

Mingəçevirdə ağır yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin giriş hissəsində, Alaqapı adlanan ərazidə olub.

Belə ki, 1992-ci il təvəllüdlü Pərviz Süleymanov idarə etdiyi “KİA” markalı avtomobillə hərəkətdə olarkən 1998-ci il təvəllüdlü Pərviz Quliyevə məxsus “Chevrolet” markalı maşınla toqquşub.

Nəticədə “KİA”da olan sərnişinlər Ucar rayon sakini 1960-cı il təvəllüdlü Svetlana Səmədova və 1968-ci il təvəllüdlü Mingəçevir şəhər sakini ŞambaSüleymanova xəsarət alıb. Yaralılar Mingəçevir Şəhər Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova