Gündəm

İmişlidə SSRİ-nin bayrağı qaldırıldı — VİDEO

İmişlidə SSRİ-nin bayrağı qaldırıldı — VİDEO

İmişli rayonunda keçmiş SSRİ-nin bayrağı qaldırılıb.

Demokrat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Məlumata görə, bu, 9 May - Faşizm üzərində Qələbənin 80-ci ildönümü münasibətilə keçirilən tədbirlərin birində qeydə alınıb.

Belə ki, rayonun Sarıxanlı kəndində çəkildiyi deyilən videodan da Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş abidədə keçmiş SSRİ-nin bayrağının dalğalandığı görünür.

Demokrat.az həmin görüntüləri təqdim edir:

NE
Nihadə Eyyubova