Dünya

Ərdoğan Trampı Türkiyəyə səfərə dəvət edib

Ərdoğan Trampı Türkiyəyə səfərə dəvət edib

ABŞ Prezidenti Donald TramplaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

"Report"xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.

Telefon danışığı zamanı Ərdoğan Türkiyənin ABŞ ilə bir çox sahədə, xüsusilə də müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəyini bildirib.

Türkiyə lideri Trampın müharibələrə son qoymaqlabağlı mövqeyini dəstəklədiyini, İranla danışıqlar prosesini və Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün göstərilən səyləri yüksək qiymətləndirdiyini vurğulayıb.

Həmçinin dövlət başçıları Qəzzadakı vəziyyətləbağlı fikir mübadiləsi aparıblar.

Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünü qorumaq və sabitliyi təmin etmək üçün səylər göstərdiyini diqqətə çatdırıb.O, həmçinin həmkarını Türkiyəyə dəvət edib.

NE
Nihadə Eyyubova