Dünya Özəl

ABŞ 100 gündə 45 min mühaciri deportasiya edib

ABŞ 100 gündə 45 min mühaciri deportasiya edib

Donald Tramp Administrasiyası ilk 100 gündə 45 mindən çox xarici cinayətkarı, o cümlədən transmilli dəstə üzvlərini deportasiya edib.

Demokrat.az xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals bildirib.

Qovulanlar arasında terrorçu qruplar kimi tanınan Tren de Araqua və MS-13 qruplarının 1154 üzvü də var. Fevral ayında Tramp qruplaşmaları “xalq düşməni” adlandıraraq onlara qarşı sərt tədbirlər görəcəyini açıqlamışdı.

Əsasən salvadorlulardan ibarət olan MS-13 dəstəsiABŞ və Latın Amerikasında fəaliyyət göstərir və terrorçu təşkilatlar siyahısındadır.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova