Hadisə

Alim Paşa Muradov vəfat etdi — FOTO

Alim Paşa Muradov vəfat etdi — FOTO

Azərbaycan Dövlət İqtisad Universitetində çalışan dosent Muradov Paşa Qurban oğlu vəfat edib.

Demokrat.az xəbər verir ki, alim ötən gün 93 yaşında dünyasını dəyişib.

Paşa Muradov 1932-ci il mayın 25-də Naxçıvan MR Kəngərli rayonunun Qarabağlar kəndində anadan olub. 1949-cu ildə Naxçıvan C.Məmmədquluzadə adına iki illik pedaqoji institutun fizika-riyaziyyat fakültəsinə daxil olub. 1951-ci ildə həmin institutu bitirərək K.Marks ad. Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) təhsil almağa başlayıb. 1955-ci ildə həmin institutu Statistika ixtisası üzrə bitirərək iqtisadçı ixtisasını alıb.

1972-ci ildə "Pambığın maya dəyəri və onun aşağı salınması yolları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini aııb. 1978-1980-ci illərdə Azərbaycan MK yanında Ali partiya məktəbinin kadr-ideologiyası fakültəsini bitirib.

05.07.2007-ci il tarixində Universitetin elmi şurasının qərarı ilə (protokol N 69) Statistika kafedrası üzrə professor fəxri adı verilib. 110 adda, 405,6 ç.v. həcmində elmi və metodiki əsərləri çap edilib.

Əmək fəaliyyəti:

18.08.1955-28.08.1956-cı illərdə Culfa rayon Statistika idarəsinin müdiri; 28.08.1956-08.05.1957-ci illərdə Culfa rayon İstehlak Cəmiyyətində ticarət işləri üzrə müavin; 15.05.1957-09.09.1959-cu illərdə Şərur rayon İstehlak Cəmiyyətində müfəttiş-təftişçi; 15.05.1959-09.12.1960-cı illərdə Şərur Pambıq təmizləmə zavodunda mühasib-təftişçi, istehsal müdiri; 05.12.1960-25.04.1967-ci illərdə Naxçıvan MR avtonəqliyyatı idarəsinin baş iqtisadçısı, müdir müavini; 25.04.1967-22.01.1968-ci illərdə Naxçıvan MR Maliyyə Nazirliyinin nəzarətçisi müfəttişi; 22.12.1967-22.04.1973-cü illərdə Naxçıvan MR üzümçülük-şərabçılıq trestinin plan-maliyyə şöbəsinin müdiri; 19.04.1973-29.08.1974-cü illərdə İliç rayonunun 3N-li tütünçülük sovxozunun direktoru; 01.09.1974-15.10.1975-ci illərdə Lenin ad. Azərbaycan Pedaqoji İnstitutunda saat hesabı müəllim; 16.09.1975-15.04.1977-ci illərdə Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili elmi tədqiqat institutunda baş elmi işçi; 04.1977-1979-cu illərdə D.Bünyadzadə ad. AzXTİ-nun ETŞ müdiri, eyni zamanda 1977-1979-cu illərdə «Statistika» kafedrasında saat hesabı müəllim; 04.1980-1983-cü illərdə «Statistika» kafedrasının müəllimi işləyib.

30.12.1983-2016-cı illərdə "Statistika" kafedrasının dosenti olub.

Allah rəhmət eləsin!

Alim Paşa Muradov vəfat etdi — FOTO

NE
Nihadə Eyyubova