Şəhid Daşqın Şəfiyevin qardaşı Orxan Şəfiyev şəhid Ayxan Musayevin bacısı iləailə qurub.
Demokrat.azxəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər paylaşılıb.
Cütlük hər iki Vətən müharibəsi şəhidinin məzarını ziyarət edib.
Qeyd edək ki,Daşqın Şəfiyev2020-ci il noyabrın 5-də Laçının azadlığı uğrunda gedən döyüşlər zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”,“Laçının azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Ayxan Musayevisə 2020-ci ilnoyabrın 8-dəŞuşa uğrunda gedən döyüşlərdə ağır yaralanaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilibvə 20 günə yaxın ağır koma vəziyyətində qalıb. O, noyabrın28-dəşəhidlik zirvəsinə ucalıb. Prezidentin sərəncamları ilə ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib. (Qafqazinfo)


